Yolun ortası ilə gedən inəyə görə 3 nəfər canından oldu

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. 

Azadinform nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 7-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub. Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Novruzov və sərnişinlərindən - Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.

8.12.2017 12:31 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo