Trampın qərarına Çikaqoda etiraz: "Fələstinə azadlıq"

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Trampın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıması Çikaqoda etirazla qarşılanıb. 

Azadinform xəbər verir ki, etiraz aksiyalarına qoşulan minlərlə insan “Qüds qırmızı xəttimizdir”, “ABŞ və İsrail! Qüdsdən əlinizi çəkin” və “Trump rejimi getməlidir” kimi yazılı plakatlarla küçələrdə toplaşıb. Nümayişçilər "Fələstinə azadlıq", "Qüds İsrailin deyil, Fələstinin paytaxtıdır" və "Donald Trump getməli" şüarlarını səsləndirib. 

Hava temperaturunun -6 dərəcə olmasına baxmayaraq, etirazçılar Tramp və İsrailə qarşı şüarlar səsləndirərək İsrailin Çikaqodakı Baş konsolluğunun önünə gəliblər.
Polisin apardığı təhlükəsizlik tədbirləri nəticəsində etiraz aksiyası qalmaqalsız başa çatdı.

8.12.2017 11:10 / Baxılıb: 491 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo