Ronaldu beşinci dəfə "Qızıl top"un sahibi oldu

Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibi elan edib.

Azadinform xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronalduya nəsib olub.

O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.

Ronaldu "Qızıl topu" karyerası ərzində beşinci dəfə qazanıb (2008, 2013, 2014 və 2016-cı illərdə) və onlrın sayına görə Messiyə çatıb.

7.12.2017 23:48 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo