İraq ABŞ-a nota verdi

İraq hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyan Amerika Birləşmiş Ştatlarına nota verib.

Azadinform TRT-yə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Mahcub məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman nazirliyə çağırılıb və nota təqdim olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünən axşam keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni pozaraq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb.

7.12.2017 22:32 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo