Azərbaycan və Ermənistan yığmaları eyni qrupa salınmayacaq

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan ayrı-ayrı qruplara salınacaq.

Azadinform-un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin bugünkü iclasından sonra mətbuat konfransında açıqlama verib.

O bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq. Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib

AVRO-2020-nin püşkatma mərasimi 2 dekabr 2018-ci ildə İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda təşkil olunacaq.

7.12.2017 22:05 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo