Mingəçevirdə ata və oğul bıçaqlanıb

Axşam saatlarında Mingəçevirdə ata və oğul bıçaqlanıb.

Hadisə şəhərin “Energetik” yaşayış massivində baş verib.

Elçin Qəmbərov 7 saylı marşrut avtobusunun sözügedən massivdəki son dayanacağında, onun 1993-cü il təvəllüdlü oğlu Qəmbərov Elmir Elçin oğlu isə 3 saylı təsərrüfatın ərazisində yaralı vəziyyətdə aşkar edilib. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların bıçaqlandığı müəyyən edilib.

Əldə olunan ilkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Münaqişənin səbəbi hələ ki, tam məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb. (report)

7.12.2017 21:48 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo