Vergilər Nazirliyi seminar keçirib

AZADİNFORM. Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə banklar və maliyyə sektoru təşkilatları üçün “Ümumi Hesabatlılıq Standartları (CRS)” mövzusunda seminar keçirilib.

Bu barədə Azadinform-a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Seminarda bildirilib ki, Azərbaycan “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulub: “Həmin razılaşmaya əsasən, onu imzalayan dövlətlər vergitutma məqsədləri üçün xarici dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin maliyyə institutlarındakı hesabat verilməli hesabları barədə məlumatları toplamalı və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləni aparmalıdırlar. Bu məqsədlə həmin dövlətlərdə mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) tətbiq edilməlidir”.

“Azərbaycan Respublikası maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya qoşulmaq barədə Bəyanatı 2017-ci ilin iyunun 1-də imzalayıb. Həmin bəyanata əsasən, Azərbaycan Respublikası tərəfindən ilk mübadilənin 2018-ci ilin sentyabr ayında həyata keçirilməsi nəzərdə tutulur”, - Nazirliyin açıqlamasında deyilir.

Seminarda Ümumi Hesabatlılıq Standartları və onun əsas elementləri, CRS və FATCA arasındakı əsas fərqlər, CRS-nin Azərbaycandakı təbliği ilə bağlı Vergilər Nazirliyinin gördüyü işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub. 

7.12.2017 21:23 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo