Kütləvi dava zamanı 2 polis xəsarət alıb

Biləsuvar rayonunda kütləvi dava baş verib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri, 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsindən bildirilib ki, insident zamanı bir polis əməkdaşı xəsarət alıb. (report)

7.12.2017 20:26 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo