Türkiyənin qızıl-valyuta ehtiyatları 6,5 mlrd. dollar azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları keçən həftə 6 501 mln. dollar və ya 5,46% azalaraq 112 444 mln. dollara geriləyib.

Azadinform "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) həftəlik hesabatında deyilir.

Hesabata əsasən, 24 noyabr-1 dekabr həftəsində TCMB-nin valyuta ehtiyatları 6 495 mln. dollar və ya 6,74% azalaraq 89 855 mln. dollara, qızıl ehtiyatları isə 6 mln. dollar və ya 0,03% azalaraq 22 589 mln. dollara geriləyib.

Xatırladaq ki, TCMB-nin qızıl-valyuta ehtiyatları 2017-ci ilin maksimumuna avqustun 28-də (120 369 mln. dollar), minimumuna isə aprelin 28-də (102 735 mln. dollar) çatıb.

7.12.2017 20:11 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo