Nazirlikdə Strateji Yol Xəritələri müzakirə edilib

AZADİNFORM. İqtisadiyyat Nazirliyində "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Nazirliyin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib. 

Bu barədə Azadinform-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. 

İclasda qeyd edilən strateji yol xəritəsi üzrə Nazirliyin əsas icraçı olduğu tədbirlərə dair aidiyyəti struktur bölmələrin hesabat məruzələri dinlənildiyi, icra müddəti 2017-ci ildə başa çatan və başlanılan tədbirlərin cari ilin birinci yarımilliyi üzrə icra vəziyyətinin qiymətləndirilməsinə dair İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatlarında verilmiş tövsiyələr nəzərə alınaraq, görülməsi tələb olunan işlər və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıldığı, tədbirlərin tam və vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verildiyi deyilir.

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin Nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin və icraçıların iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.

7.12.2017 19:58 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo