Fələstinlilərin etiraz aksiyası İsrail polisi rezin güllədən istifadə edir

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra İordan çayının qərb sahilində toqquşmalar baş verib. 

Azadinform xəbər verir ki, baş verən toqquşmalarda azı 25 nəfər xəsarət alıb. Bildirilir ki, Qüdsdə fələstinlilərin etiraz aksiyası davam edir. Aksiya zamanı İsrail polisi etirazçılara qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edir. 
Qeyd edək ki, etiraz aksiyaları Ramallah və Vifleyem şəhərlərində də davam edir. 

7.12.2017 18:31 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo