BSU nümayəndəsi beynəlxalq konfransda çıxış edib

Eşqin Nuruşov/AZADİNFORM. Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birgə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik  konfransda iştirak edib. 

BSU-dan Azadinform-a verilən məlumata görə, konfransa – Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarıstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran  və s. ölkələr daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılıblar. BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında çıxış edərək, Bakı Slavyan Universiteti (BSU) haqqında geniş məlumat verib, universitetin rəhbərliyi adından Təşkilat komitəsinin sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru xanım Anjela Doljikovaya hədiyyə təqdim edib. Y. Alxasov Azərbaycan Respublikasında bilinqivizmin formalaşması problemlərinə dair məruzə ilə çıxış edib. Plenar iclasdan sonra Y. Alxasov RXDU-nun prorektoru xanım Anjela Doljikova ilə təkbətək görüşüb və  BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması barədə razılığa gəliblər..

Qeyd edək ki, dünya üzrə nüfuzlu ali məktəblərin ilk 50-liyinə daxil olan bu Rusiya Xalqlar Dostluğu Universiteti 5 fevral 1960-cı ildə təsis edilib. Universitetdə hazırda 152 ölkədən 27 min tələbə təhsil alır. Xatırladaq ki, universitetə dünya şöhrətli alim, riyaziyyat sahəsində akademik, 1999-2004-cü illərdə Rusiyanın təhsil naziri olmuş, hazırda Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri Vladimir Mixayloviç Filippov rəhbərlik edir.

7.12.2017 17:08 / Baxılıb: 227 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo