İŞİD-ə qatılan İngiltərə vətəndaşlarının sayı 800-dən artıqdır

Samir Soltanov/AZADİNFORM. “İŞİD-ə qatılan İngiltərə vətəndaşlarının ölkəyə qayıtmasına icazə verilməməlidir”. 

Azadinform xəbər verir ki, bu barədə İngiltərənin müdafiə naziri Qavin Uilyamson (Gavin Williamson) bildirib. Nazir qeyd edib ki, bizim seçimimiz terrorçuların məhv edilməsidir: “İraq və Suriyada İŞİD-ə qatılan İngiltərə vətəndaşlarının sayı 800-dən artıqdır. Bunlardan 130 nəfəri atışmalar zamanı öldürülüb. Nə İngiltərədən, nə də başqa bir ölkədən terrorçuların geri dönməsinə icazə verilməməlidir.  

Nazir qeyd edib ki, İŞİD-ə qatılan ingilislər üçün başqa ölkələr də təhlükəsiz olmayacaq: “Suriyada, İraqda və digər bölgələrdə terrorçular məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik. Mənim fikrim çox sadədir: “Ölü terrorçu İngiltərəyə heç bir zərər verə bilməz”. 

7.12.2017 16:28 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo