Təhsil Nazirliyi müsabiqə elan edir

Eşqin Nuruşov/AZADİNFORM. Təhsil Nazirliyinin SABAH qruplarında 2017 - 2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, müsabiqədə iştirak üçün son müraciət tarixi 17 dekabrdır.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, Fəlsəfə doktoru və Elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu 2 fənn üçün müraciət edə bilər.

7.12.2017 15:47 / Baxılıb: 396 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo