Türkiyə ilə düşmənçilik edən dövlətlərin gələcəyi yoxdur

“Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib”.

Azadinform Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.

Türkiyə prezidenti Gürcüstanla Türkiyə arasındakı münasibətləri Ermənistanla Türkiyə arasındakı münasibətlərlə müqayisə edib və vurğulayıb ki, Gürcüstan özü üçün firavan gələcək təmin edib: “Türkiyə ilə dostluq edən dövlətlər çiçəklənir, düşmənçilik edən dövlətlərin isə gələcəyi yoxdur”.

7.12.2017 14:53 / Baxılıb: 429 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo