Aİ Şərq Tərəfdaşlığı proqramını davam etdirmək üçün güzəştlər axtarır

Leyla Məhərrəmova / AZADİNFORM. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramını davam etdirmək və Rusiya ilə mümkün konfliktdən yayınmaq üçün güzəştlər axtarır.

Azadinform xəbər verir ki, bunu Ermənistanın “168 Jam” qəzetinə açıqlamasında polşalı siyasi ekspert Konrad Zaştovt deyib.

O buna misal olaraq üzv dövlətlərlə imzalanan qısa müddətli sazişləri göstərib. Zaştovt deyib ki, Aİ-nin Ermənistanla imzaladığı saziş də buna nümunədir. 

Ekspert həmçinin Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Avropa İttifaqı haqqında səsləndirdiyi fikirləri də şərh edib. Zaştovt deyib ki, Lavrov Böyük Britaniyanın baş naziri  Tereza Meyin çıxışına toxundu. Ekspertin fikrincə, Aİ-də Rusiya meylli və onun əksinə olan dövlət var: “Bu individual şəxslərin çıxışlarında da hiss edilir. Onlar spesifik siyasi xətt təklif etsə də, Avropa Komissiyanın mövqeyi  balanslıdır”.

Xatırladaq ki, Şərq Tərəfdaşlığının Brüssel sammitindən sonra Lavrov bildirmişdi ki, Avropa İttifaqına üzv olan bəzi ölkələr “Şərq Tərəfdaşlığı”nı anti-Rusiya məqsədlər üçün istifadə etmək niyyətindədir və bu Tereza Meyin “Şərq Tərəfdaşlığı”n bu günlərdə Brüsseldə keçirilən sammitindəki çıxışında da özünü büruzə verdi.

7.12.2017 14:33 / Baxılıb: 269 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo