ATƏT: Yerusəlimin statusu tərəflər arasındakı dialoq əsasında müəyyən edilməlidir

Leyla Məhərrəmova / AZADİNFORM. Yerusəlimin statusu tərəflər arasında birbaşa dialoqlar əsasında müəyyən edilməlidir.

Azadinform-un məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastyan Kurz deyib.

O qeyd edib ki, Avstriya və Avropa İttifaqının bu məsələdə mövqeyi aydındır: “Yerusəlimin statusu tərəflər arasındakı dialoq əsasında müəyyən edilməlidir”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bildirib.

7.12.2017 14:23 / Baxılıb: 274 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo