Müsəlman dünyası Qüds üçün ayağa qalxdı Fotolar

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Trampın Qüdsü “İsrailin paytaxtı” olaraq tanıması bir çox müsəlman ölkələrində etirazla qarşılanıb. 

Azadinform xəbər verir ki, artıq Fələstin, İordaniya və Misirdə xalq Trampın qərarına etiraz edir. 

İordaniyanın paytaxtı Ammanda ABŞ səfirliyi qarşısında nümayiş keçirilir. Maan şəhərində isə etirazçılar əllərində "Qüds Fələstinin əbədi paytaxtıdır" yazılı plakatlarla küçələrə çıxıb. Bundan başqa, etirazçılar “Amerika ilanın başıdır”, “Qüds bütünlüklə fələstinlilərə və ərəblərə aiddir”, “Ölüm alçaldılmaqdan daha yaxşıdır”, “Şeytanlar sülhə razı olmasaq qanımızı istəyir” şüarları ilə plakatlar açıblar.  
Misirin paytaxtı Qahirədə isə “Jurnalistlər Dərnəyi” tərəfindən təşkil edilən etiraz aksiyasına çoxlu insan qatılıb. Etirazçılar Amerika məhsullarına embarqo tətbiq olunmasını tələb edirlər.  
Fələstinin bütün şəhər və qəsəbələrində dünən gecədən etiraz aksiyaları başladılıb. Hava şəraitinin soyuq keçməsinə baxmayaraq əhali küçələrə çıxaraq Trampın qərarına qarşı çıxıblar. Xalq Qüdsün Fələstinin əbədi paytaxtı olduğunu səsləndirir. 
Məsələ ilə bağlı Livanda da etiraz aksiyaları başlayıb. Burada minlərlə fələstinli küçələrə çıxaraq Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına etiraz edirlər.


 

Müslüman dünyası Kudüs için ayakta


Müslüman dünyası Kudüs için ayakta



7.12.2017 13:35 / Baxılıb: 521 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo