Ermənistanda əsgərlər qəzaya düşdü, birinin vəziyyəti ağırdır

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistanda 2 əsgər qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.

Azadinform news.am-a istinadən xəbər verir ki, Şahumyan kəndindən Loriyə gedən nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb və 70 metr  yuvarlanaraq yolun kənarındakı evin həyətinə düşüb. Qeyd edək ki,  avtomobildə olan  hər iki əsgər- sərnişin və sürücü  xilas edilərək Vanadzordakı hərbi hospitala aparılıb. Onlardan sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.

7.12.2017 13:20 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo