Güclü külək əsəcək, yağış və qar davam edəcək

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumat Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə  2-4° isti, gündüz  6-9° isti, Bakıda gecə  2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % olacaq. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz  6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

7.12.2017 12:25 / Baxılıb: 746 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo