Trampın Qüds qərarı Məqsədi nədir?

Samir Soltanov/AZADİFNORM. Amerika xalqının 63%-i Qüdsün İsrailin paytaxtı elan edilməsinə qarşıdır. 

Azadinform xəbər verir ki, bu barədə ABŞ-ın Brookings İnstitutu məlumat yayıb. İnstitut etirazlara baxmayaraq Trampın Qüdslə bağlı qərarında inadkarlıq göstərməsinin səbəblərini izah edib: 


1 - Tramp heç kimin bacarmadığı işi gördüyünü isbat etməyə çalışır: ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi ilə bağlı hələ 1995-ci ildə qərar verib. Buna baxmayaraq, Trampa qədər heç bir dövlət başçısı bu qərarı təsdiqləməyib. Tramp hakimiyyətə gəldikdən sonra “havada” qalan qərarı təsdiqləyən prezident oldu. 
2 - Tramp Respublikaçı seçicilərə şou göstərir: “Brookings”in araşdırmasına görə, Amerikalı Demokratların Qüds qərarına qarşı çıxdığı halda Respublikaçılarda isə bu məsələdə fikir ayrılığı var. Trampın yəhudi lobbisi vasitəsilə Respublikaçı tərəfdarlarını artırmağa çalışdığı bildirilir. 
3 - Orta Şərqdə sülh prosesini sürətləndirmək üçün Fələstinə güc göstərir: Bu fərziyyəyə görə Tramp "İsrail- Fələstin problemini həll edən prezident" olmaq üçün Fələstini stol arxasında oturmağa məcbur etmək istəyir. 
4 - Məsələ ilə bağlı Tramp səhv istiqamətdə yönləndirilir: Trampın səfirliyin köçürülməsindən sonra yarana biləcək problemlərin nəticələri ilə bağlı xəbərsiz olduğu və ya ona məsləhət verənlərin bilərəkdən səhv yönlədirdiyi ehtimal edilir.

7.12.2017 12:08 / Baxılıb: 1020 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo