İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə edilən müraciətlərin sayı açıqlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin noyabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 760 müraciət daxil olub.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, güzəştli kreditlərin əldə olunması və nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib. Bu müraciətlərin 150-dən çoxu səsli menyu vasitəsilə, 600-dən çoxu isə canlı rejimdə cavablandırılıb.

Çağrı Mərkəzinə canlı rejimdə daxil olmuş müraciətlərin 73%-i Bakı şəhərinin, 27%-i isə regionların payına düşür. Müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturlarına göndərilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə daha ətraflı cavablandırılması məqsədilə aidiyyəti üzrə yönəldilib.

Ümumiyyətlə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 72 minədək müraciət daxil olub.

7.12.2017 12:00 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo