Vəkillər Kollegiyasına yeni sədr seçilib

Eşqin Nuruşov/AZADİNFORM. Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

Azadinform xəbər verir ki, A. Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin bu gün keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

7.12.2017 11:52 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo