BMT TŞ təcili görüş keçirəcək

Leyla Məhərrəmova / AZADİNFORM. BMT Təhlükəsizlik Şurası ABŞ-ın Yerusəlimlə bağlı verdiyi qərarı müzakirə etmək üçün bu həftənin sonuna kimi üzv dövlətin təcili görüş keçiriləcəyini bildirib.

Azadinform BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması bir sıra dövlətlər tərəfindən narazılıqla qarşılanıb. Lakin İsrailin baş naziri Benjamin Netanyahu bunu “tarixi gün” kimi qiymətləndirib. Fələstin prezidenti Mahmud Abbas isə bildirib ki, Yerusəlim Fələstinin “əbədi paytaxtı”dır. O Trampın qərarının təəssüfdoğurucu olduğunu deyib və  əlavə  edib ki, ABŞ daha sülh prosesində vasitəçi ola bilməz.

7.12.2017 11:47 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo