Ərdoğan: Qüdslə bağlı Roma Papası ilə görüşəcəyəm

Samir Soltanov/AZADİNFORM. “ABŞ prezidenti Donald Trampın Qüdsi İsrailin paytaxtı olaraq tanıması, belə bir addımı bu bölgəni alovun içinə atmaq deməkdir”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada sakinlərlə görüşü zamanı səsləndirib. Prezident qeyd edib ki, Qüdslə bağlı Roma Papası ilə görüşəcəyəm: “Ya bu gecə, ya da sabah səhər bu görüşmə reallaşacaq. “Hörmətli Tramp”ın nə etmək istədiyi bəlli deyil. O BMT-nin 1980 qərarını heçə sayır”. 

Bundan başqa, Ərdoğan qeyd edib ki, çərşənbə günü Qüds ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) liderlər zirvəsi İstanbulda toplanacaq. 

7.12.2017 11:40 / Baxılıb: 445 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo