Yaşayış binasında yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib - Yenilənib

Eşqin Nuruşov/AZADİNFORM. Xırdalanda yaşayış binasında yanğın olub.

Azadinform Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb. Baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.


11:31


Xəbər verdiyimiz paytaxtda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

7.12.2017 15:05 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo