Nazirliyin "Çağrı mərkəzləri"nə edilən müraciətlərin sayı azalıb

Eşqin Nuruşov/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi vətəndaşlar tərəfindən nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin də sayının getdikcə azalmasına səbəb olur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, cari ilin noyabr ayında da həmin müraciətlərin sayında azalma müşahidə edilib. Belə ki, ötən ay ƏƏSMN-in  142 və 190 - “Çağrı mərkəzləri”nə əvvəlki oktyabr ayı ilə müqayisədə 6,9 %, keçən ilin müvafiq dövrünə nisbətən 35,8% az olmaqla 13 826 müraciət daxil olub. Müraciətlərin 95,6%-ini sosial təminat növlərinə hüququn müəyyən olunması, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahələrində fəaliyyət göstərən elektron xidmətlərdən istifadə qaydaları və s. ilə bağlı sorğular təşkil edib. Sorğu xarakterli müraciətlərlə əlaqədar nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən vətəndaşlara dolğun və aydın şəkildə hüquqi izahatlar verilib.

Müraciətlərin qalan 4,4%-i ilə bağlı onların məzmununa uyğun olaraq müraciət vərəqəsi tərtib olunmaqla baxılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. Qısa müddət ərzində həmin müraciətlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin yanvar-noyabr aylarında “Çağrı mərkəzləri”nə 134 533 müraciət daxil olub və hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun cavablandırılması təmin olunub.

7.12.2017 11:05 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo