Aİ Trampın qərarından narahatdır

Leyla Məhərrəmova / AZADİNFORM. Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsi və bu ərazinin İsrailin paytaxtı kimi tanınması barədə qərarından dərin narahatlıq hissi keçirir.

Azadinform-un məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini verdiyi açıqlamada deyib.

O qeyd edib ki, Aİ-nin mövqeyi dəyişməyib. Moqerininin sözlərinə görə, İsrail və Fələstinin gələcək paytaxtı kimi Yerusəlimin statusu danışıqlar yolu ilə müəyyən edilməlidir.

7.12.2017 10:50 / Baxılıb: 338 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo