Bakı-Tbilisi-Qars dəmir yolundan rels oğurlamış şəxslər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları 3 nəfəri oğurluq üstündə saxlayıblar.

Azadinform APA-ya istinadən xəbər verir ki, həmin şəxslər bölgənin Ninotsminda şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Marabda-Kartsax” hissəsindən relslər oğurlayıblar.

Məlumatda qeyd olunub ki, saxlanılan şəxslər dəmir yolu relslərini çəkmiş “Dəmiryol Servis” MMC-nin əməkdaşlarıdır. DİN oğurlanmış relsləri maddi sübut kimi müsadirə edib. Faktla bağlı cinayət işi açılıb. Oğurluqda ittiham olunan şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

7.12.2017 10:40 / Baxılıb: 155 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
© 2017 All right reserved www.azadinform.az Powered by Danneo