Qızdırmanı ölçən güzgü ixtira edilib

Yaponiya texnologiya istehsalçısı NEC Avio firması, bədən qızdırmasını ölçən güzgünü tanıdıb.

Azadinform deyerler.org-a istinadən xəbər verir ki, civəli termometrlər özləri ilə təhlükə daşıdığı, eyni zamanda tam dəqiqliklə qızdırma temperaturunu göstərməyə xidmət etmədiyi üçün yaponiyalı mütəxəssislər yeni bir güzgü icad ediblər.

Güzgü ona baxan adamın qızdırmasını anında ölçür, dərəcəsini, elektronik bir ekran olan səthinə əks etdirir.

Qızdırmanın ölçülə bilməsi üçün, hər hansı bir təmas qurulması lazım deyil, aynaya baxmaq kifayətdir.

Biri 1180, digəri isə 1440 dollar olan iki ayrı modeldə satışa təqdim edilən "Thermo Mirror" güzgüyə baxan insanın qızdırması normaldan yüksəkdirsə, həyəcanla xəbər verir.

7.12.2017 10:25 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo