2017-nin ən çox pul qazanan müğənniləri

“Forbes” jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.

Azadinform-un məlumatına görə, reytinqə amerikalı reper Şon Kombs (Paf Deddi) başçılıq edir.Onun bu ilki gəliri 130 milyon dollar məbləğində qiymətləndirib.

İkinci yeri 105 milyon dollar gəlir əldə edən Beyonce tutub. Üçüncü yerdə reper Dreyk ($94 milyon),  dördüncü və beşinci pillələrdə isə The Weeknd ($92 milyon ) və “Coldplay” qrupu ($88 milyon) qərarlaşıb.

İlk onluqda həmçinin “Guns N' Roses”,  Castin Biber, Bryus Sprinqstin, Adel və “Metallica” qrupu yer alıb.

6.12.2017 22:21 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo