Bakıda mənzildə kişi meyiti aşkarlanıb

AZADİNFORM. Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

6.12.2017 21:17 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo