Azərbaycan yığmalarının rəqibləri müəyyənləşdi

19 və 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Azadinform AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın U-19 yığması Gürcüstan, İsrail və Lixtenşteynlə birgə I qrupda yer alacaq.

Oyunlar 2018-ci il noyabrın 14, 17 və 20-də Gürcüstanda keçiriləcək.

U-17 millisi isə Çexiya, Norveç və Albaniya ilə birgə VIII qrupda mübarizə aparacaq. Matçlar 2018-ci il oktyabrın 23, 26 və 29-da Albaniyada baş tutacaq.

6.12.2017 20:23 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo