Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib

Adəm Abbaslı/AZADİNFORM. Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub.

Məlumata görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib.

M. Cabbarov kollektiv qarşısında çıxış edib.

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 5-də Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edərək, bu vəzifəyə Mikayıl Cabbarovu təyin edib. M. Cabbarov buna qədər təhsil naziri vəzifəsində çalışıb.

6.12.2017 16:53 / Baxılıb: 679 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo