Güləşçilərimiz 3 qızıl medal qazandı - Astanada

AZADİNFORM. Qazaxıstanın paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Azadinform-a verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak ediblər.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi turnirdə güləşçilərimiz 3 qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

6.12.2017 11:53 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo