Qurban Qurbanov: "Məğlub olmaq istəmirdik"

Adəm Abbaslı/AZADİNFORM. "Bütün futbolçularımdan razı qaldım".

Bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin baş məşqçisi "Roma"nı təbrik edib: "Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".

Qeyd edək ki, turnirdə C qrupunda mübarizə aparan "Qarabağ" 2 xalla sonuncu yeri tutub.

6.12.2017 09:45 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo