Klublararası Dünya Kuboku başlayır

Birləşmiş Ərəb Əmirliklərində FİFA Klublararası Dünya Kuboku başlayır.

Azadinform xəbər verir ki, 6-16 dekabr aralığında baş tutacaq yarışda 6 konfederasiyanın çempionları və ev sahibi BƏƏ-nin “Əl-Cəzirə” klubu iştirak edəcək.

Turnirdə ilk oyun sabah “Əl-Cəzirə” və “Aukland Siti” (Yeni Zelandiya) arasında keçiriləcək.

Dünya Kubokunda iştirak edəcək digər klublar aşağıdakılardır:

“Urava Red Diamonds” (Yaponiya)

“Paçuka” (Meksika)

“Vydad” (Mərakeş)

“Real Madrid” (İspaniya)

“Qremio” (Braziliya)

Qeyd edək ki, kubokun ötənilki qalibi “Real Madrid” turnirə 13 dekabrda yarımfinaldan qoşulacaq.

Final matçı isə 16 dekabrda Əbu-Dabidə keçiriləcək.

5.12.2017 23:37 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo