Qarabağ UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib

"Qarabağ" komandasının 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son oyununu keçirib. 

Azadinform-un məlumatına görə, Azərbaycan təmsilçisi İtaliya paytaxtında "Roma"dan olan həmyaşıdları ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" ilk yarıda 2, fasilədən sonra 1 qol vurub. İkinci hissədə "Qarabağ" fərqi azaltmaq üçün irəli atılsa da, qol imkanlarından yararlana bilməyib.

Beləliklə, Ağdam komandası UEFA Gənclər Liqasını 3 xalla sonuncu pillədə başa vurub.

5.12.2017 21:36 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo