Qarabağdan ardıcıl 5-ci qış çempionluğu

Samir Soltanov/AZADİNFORM. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017-2018-ci il mövsümünün qış çempionu müəyyənləşib. 

Azadinform xəbər verir ki, ilk yarının son turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 2017-ci ili zirvədə başa vurub. Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun yetirmələri qış fasiləsinə hamıdan öndə yollanıb. Bu, “Qarabağ”ın ardıcıl beşinci, ümumilikdə altıncı qış çempionluğudur. Ağdam təmsilçisi liderliyini sonadək qoruya bilmədiyi 2004/2005-ci il mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/2014-cü, 2014-2015-ci, 2015-2016-cı və 2016-2017-ci mövsümlərində də qış fasiləsinədək olan bölümü birinci pillədə başa vurub. 

Qeyd edək ki, payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz” və “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər-Lənkəran” bir dəfə fasiləyə lider kimi yollanıb.

5.12.2017 18:41 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo