Bizim futbolun gənc olduğunu unutmamalıyıq Rəşad Sadıqov

Samir Soltanov/AZADİNFORM. “Hər bir Avropa ölkəsi Çempionlar Liqasının qrup mərhələsində təmsilçisinin olmasını istəyir. Bu, futbolun inkişafına böyük təkan verir”. 

Azadinform xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi UEFA-nın saytına bildirib. Kapitan qeyd edib ki, bizim qrupa düşməyimizi futbolçuların, azarkeşlərin və bütün xalqımızın necə qarşıladığını hər kəs gördü: “Azərbaycanda futbola sevgi beşqat artıb. Uşaqlar, qadınlar, yaşlı nəsil - hamı bizim oyunlarımızı müzakirə edirlər. Bu, irəliyə atılmış əhəmiyyətli addımdır. Biz son 8-9 ildə planlı şəkildə işləyirdik və ÇL-in qrupuna düşmək əsas hədəfimiz idi”.  
O bildirib ki, son 10-15 ildə Azərbaycanda idmana və futbola dövlət tərəfindən böyük diqqət göstərilir, böyük məbləğdə vəsait ayrılır: “Son vaxtlarda ümidləri doğrultmağı bacarırıq. Avropa Liqasının və Çempionlar Liqasının qrupuna düşürük, millimiz əvvəlki dövrələrlə müqayisədə daha çox xal toplayır. Bəli, ola bilər ki, avrokuboklarda böyük nəticələr əldə etməmişik və yığmamız dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb, ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq. Bu amili nəzərə alsaq, bizim çıxışımız layiqlidir. Biz öz oyunumuz və əldə etdiyimiz nəticələrlə dəstəyin qarşılığını vermək istəyirik”.

5.12.2017 13:10 / Baxılıb: 381 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo