Azərbaycan taekvondoçuları Dünya Oyunlarının ilk günündə 4 medal qazanıb

Portuqaliyanın Vila Real De San Antonio şəhərində keçirilən IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunlarında taekvondo idman növünün ilk yarış günü başa çatıb.

Azadinform-un məlumatına görə, millimiz yarışın birinci günü uğurlu çıxış ediblər.

Kişi taekvondoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Belə ki, yığmanın kapitanı Nicat Mülsümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kq çəki dərəcəsində K42 kateqoriyalı idmançıların mübarizəsində qızıl, K43-də isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (75 kq) və +75 çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüb.

Yarışın ikinci günündə Aynur Məmmədova (+58 kq, K44) və Röyalə Fətəliyeva (59 kq, K44) mübarizəyə qatılacaq.

4.12.2017 21:36 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo