Azərbaycan yığması ilə bundan artığını etmək mümkün deyil Prosineçki

“Hiss etdim ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil. Ona görə də getmək qərarına gəldim”. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində yığmamızdakı fəaliyyətinə də toxunub. O, millimizlə başa çatan müqaviləsini uzatmamasının səbəbini izah edib: “Son seçmə mərhələdə 10 xal topladıq. Norveçi məğlub edib, Çexiya ilə heç-heçə etdik.  Məğlub olsaq da, Almaniya və İtaliya ilə oyunlarda da yaxşı çıxış etdik. Xorvatiya ilə matçda isə komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Komandadan futbol oynamağı tələb edirdim, ancaq müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menyu ilə davam etməliyik”. 
Xatırladaq ki, Prosineçki 2014-cü ildən millimizi çalışdırırdı.

4.12.2017 16:31 / Baxılıb: 691 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo