"Roma" - "Qarabağ" oyununu idarə edəcək hakimlər bəlli oldu

Adəm Abbaslı/AZADİNFORM. UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

UEFA-nın yaydığı xəbərə görə, oyunu alman hakimlər idarə edəcək.

Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastian Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Gittelmann yerinə yetirəcək.

Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq.

4.12.2017 09:20 / Baxılıb: 565 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo