Kənan Əliquliyev 77 kq çəki üzrə birinci yerə çıxıb

Bakının Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kubokunun növbəti yarış turniri keçirilib.

Ağır Atletika Federasiyasından Azadinform-a verilən məlumata görə, körpücük üzərinə ilk olaraq çəkisi 77 kq olan atletlər çıxıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Lənkəran atleti Kənan Əliquliyev qalxıb. O, toplam 278 kq (123+155) nəticə ilə bütün rəqiblərini üstələyib və qızıl medal qazanıb.

Gümüş medalı 277 kq (126+151) nəticə ilə Sənan Quliyev, bürünc medalı isə 272 kq (177+155) nəticə ilə Elşad Şərifov əldə edib. 

3.12.2017 15:01 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo