Media monitorinq qrupu ötən ayın reytinqini açıqlayıb

Samir Soltanov/AZADİNFORM. MC&S-in media monitorinq qrupu  01-30 noyabr 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. 

Azadinform xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik, turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və digər sahələrin media monitorinqini aparır. 
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (684 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1495 məlumat), sığorta şirkətləri arasında Atəşgah (129 məlumat),  ali məktəblər arasında BDU (1871 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Otel Baku ( 142 məlumat) irəlidədir.

 

Qeyd edək ki, daha dolğun nəticələr feysbuk səhifəsində yerləşdirilib: https://www.facebook.com/MediaConsultingServices/

1.12.2017 13:40 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo