OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib

OPEC və Rusiyanın neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının uzadılmasına dair anlaşdıqları bildirilir.

Azadinform "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı müzakirələrdə iştirak edən mənbələr "Bloomberg" agentliyinə bildirib.

Qeyd edək ki, OPEC+ neft hasilatının azaldılması ilə bağlı cari anlaşmanın müddəti 2018-ci il martın 31-də bitir. Hazırda müzakirələrin davam etdiyi qeyd olunur.

Xatırladaq ki, noyabrın 30-da Vyanada OPEC+ anlaşması iştirakçıları və yeni dəvət olunan neft hasilatçısı ölkələrinin sammitində anlaşmanın hansı müddətə uzadılması ilə bağlı qərar veriləcək.

24.11.2017 20:54 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo