Avropa Liqasında V turun ən yaxşı oyunçusu bəlli olub

Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Cefferson Farfan Avropa Liqasında həftənin oyunçusu seçilib.

Azadinform UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Moskva təmsilçisinin V turda Danimarka “Kopenhagen”ini 2:1 hesabı ilə məğlub etdiyi görüşdə 2 qol vurmaqla buna nail olub.

Perulu futbolçu səslərin 41 fazini toplayıb. C.Farfandan sonra ən yaxşı göstərici 25 faiz səslə İtaliya təmsilçisi “Milan”ın hücumçusu Andre Silvaya məxsusdur. Üçüncü yeri isə səslərin 14 faizini qazanan Çexiyanın “Slaviya” komandasının yarımmüdafiəçisi Yozef Xuşbauer tutub.

24.11.2017 19:28 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo