Mənzildə 57 yaşlı qadının meyiti tapılıb Bakıda

Samir Soltanov/AZADİNFORM. Bakıda mənzildə 57 yaşlı qadının meyiti tapılıb. 

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-cı il təvəllüdlü Mirsəlimova Gülnarə Mirsadiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

24.11.2017 19:00 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo