Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Hərbi Akademiyada olub Foto

Samir Soltanov/AZADİNFORM. Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.

24.11.2017 17:03 / Baxılıb: 217 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo