Ndlovu Rumıniya klubunun hədəfində

Samir Soltanov/AZADİNFORM. “Qarabağ”ın afrikalı hücumçusu Dino Ndlovu Çempionlar Liqasında sərgilədiyi oyunla Avropa klublarının maraq dairəsinə düşüb. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, Rumıniyanın ÇFR klubu 27 yaşlı forvardla yaxından maraqlanır. 

Kluj təmsilçisi yayda Ağdam klubu ilə müqaviləsi başa çatacaq Ndlovunu transfer etmək istəyir. Ancaq bu, təkcə rumınların istəyindən deyil, eyni zamanda, Dinonun “Qarabağ”da qalıb-qalmayacağından asılıdır.
Qeyd edək ki, ÇFR 18 turdan sonra Rumıniya çempionatında turnir cədvəlinə başçılıq edir. 
Əlavə edək ki, CAR millisinin də üzvü olan Ndlovu ötən ilin yayından “Qarabağ”da çıxış edir. O, cari mövsüm meydana çıxdığı 21 oyunda 8 qol vurub.

24.11.2017 16:05 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo